Dünya

Peyvənd şirkətlərinin qazanacağı məbləğ açıqlandı

16 Dekabr 2020 05:30
Baxış: 1 273
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-ın "Pfizer" və "Moderna", Almaniyanın "BioNTech" şirkətlərinin COVID-19 peyvəndindən qazanacağı məbləğ açıqlanıb.

Milli.Az xəbər verir ki, 2021-ci ildə şirkətlərin sadəcə peyvənddən əldə edəcəyi qazanc 32 milyard olacaq.

Bu barədə "The Wall Street" jurnalının iqtisadi analitikləri qiymətləndirmələr edib.

ABŞ-ın "Morgan Stanley" sərmayə bankının hesabatına görə, "Pfizer" peyvənddən 2021-ci ildə 19 milyard gəlir qazanacaq. Şirkətin bu istiqamətdə 2020-ci il üzrə gəliri hələ ki 975 milyon dollar təşkil edir. 2022-2023-cü illərdə isə bu rəqəm 9,3 milyard dollar olacaq. Şirkət bu məbləği ortağı olan "BioNTech" ilə bölüşəcək.

"Moderna"nın isə peyvənddən 13,2 milyar dollar gəlir əldə etməsi gözlənilir. "Morgan Stanley" 2021-2022-c illər üçün bu rəqəmin 10-15 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.