Dünya

Türkiyədə peyvəndlənmə 25 dekabrda baş tutacaq

12 Dekabr 2020 14:52
Baxış: 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə koronavirus peyvəndinin tətbiqinə 25 dekabrda başlayacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Çinlə bağlanan müqaviləyə əsasən, ölkənin aldığı 10 milyon vaksinin ilk olaraq 5 milyon vətəndaşa vurulması üçün hazırlıqlar başlayıb.

Səhiyyə Nazirliyi bütün səhiyyə müəssisələrinə peyvənd vurulacaq şəxslərin siyahısını tərtib etmələrini xahiş edən bir məktub da göndərib. Onlar əvvəllər xəstəliyi olmayan insanlar arasından seçiləcək.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz vaksinlərini ən geci aprel ayında tətbiq edəcəklərini açıqlamışdı

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.