Dünya

“Dünya ən güclü iqtisadi tənəzzüllə üzləşə bilər” - Quterreş

12 Dekabr 2020 09:52
Baxış: 865
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Pandemiyanın fonunda dünya son 80 ildə ən güclü iqtisadi tənəzzüllə üzləşə bilər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş bildirib.

Quterreş koronavirusla birgə mübarizə üçün kifayət qədər səy göstərmədikləri üçün ölkələri tənqid edib.

"Pandemiyanın sosial və iqtisadi nəticələri böyükdür və onlar artmağa davam edirlər. Heç bir peyvənd artıq vurulan zərərləri düzəldə bilməz", - Quterreş Nobel mükafatı forumunda bildirib.

"Biz səkkiz onillik ərzində ən böyük qlobal tənəzzüllə üz-üzəyik. Son dərəcə yoxsulluq artır, aclıq təhlükəsi yaxınlaşır", - o deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.