Dünya

İranlı nüvə aliminin qətli ilə bağlı saxlanılanlar var

8 Dekabr 2020 23:59
Baxış: 1 543
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda nüvə-fizika alimi, ölkənin müdafiə nazirinin müavini Möhsün Fəxrizadənin öldürülməsi ilə bağlı bir neçə nəfər saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İran Parlamenti sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Hüseyn Əmir Abdollahian "Al-Alam" telekanalına bildirib.

"Bir qismi təhlükəsizlik xidməti tərəfindən müəyyən olunmuş və hətta saxlanılmış, qətlin həyata keçirilməsində iştirak edən şəxslər ədalətdən qaça bilməyəcəklər", - deyə Abdollahian verdiyi açıqlamasında qeyd edib.

Fəxrizadə noyabrın 27-də Tehran əyalətində sui-qəsd nəticəsində öldürülüb. Öldürülən alim İran Müdafiə Nazirliyinin nəzdindəki tədqiqat və yeniliklər təşkilatının rəhbəri olub və müdafiə nazirinin müavini vəzifəsində çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.