Dünya

Bütün ermənilərin katolikosu Paşinyanı istefaya çağırdı

8 Dekabr 2020 17:38
Baxış: 1 051
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bütün ermənilərin katolikosu II Qaregin Baş nazir Nikol Paşinyanı istefaya çağırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, II Qaregin parlamenti xalqın tələblərini dinləməyə, yeni baş nazir seçməyə və milli razılıq hökuməti qurmağa çağırıb.

Erməni Apostol Kilsəsinin rəhbəri müraciətində ​​Qarabağdakı müharibədən sonra xalqın ağır itki yaşadığını bildirib. Onun sözlərinə görə, çoxsaylı itkilər və Qarabağın əhəmiyyətli bir hissəsinin itirilməsi milli birliyi və həmrəyliyi pozub.

"Həyəcan verici hadisələrdən narahat olaraq Baş nazir Nikol Paşinyanla da görüşdük. Cəmiyyətdə artan gərginlik, xarici və daxili problemlər, eləcə də xalqın Baş nazirə olan inamının aşağı olması səbəbindən və mümkün toqquşmalar və faciəli hadisələrin qarşısını almaq üçün onu səlahiyyətlərini təhvil verməyə çağırdıq" - Katolikosun açıqlamasında ​​qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.