Dünya

Rusiyada koronavirus bu tarixdə bitəcək - Baş həkim

7 Dekabr 2020 21:59
Baxış: 1 859
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskva Dövlət Klinik Xəstəxanasının baş həkimi Valeriy Veçorko Rusiyada koronavirus pandemiyasının 2021-ci ilin axırında sona çatacağını deyib.

Milli.Az xəbər verir ki, o bu barədə "Rossiya 1" telekanalına danışıb.

"Yəqin ki, 2021-ci ilin yayına doğru zəifləmə olacaq. Mən belə düşünürəm. Çünki peyvəndlənməyə başlamışıq və həmin vaxta qədər çox sayda insan bu virusla təmasda olacaq. Bu səbəbdən koronavirus infeksiyasının 2021-ci ilin sonlarına qədər bitəcəyini düşünürəm", - V. Veçorko qeyd edib.

COVID-19-a qarşı kütləvi peyvəndlənmə ötən gün Moskvanın müxtəlif bölgələrindəki 70 klinikada başlayıb. Hələlik yalnız risk qrupuna daxil olan 18-60 yaş arası vətəndaşlar və təhsil, səhiyyə, sosial sahələrdə xidmət göstərən qurumların işçiləri peyvənd oluna biləcəklər. Bu günə qədər Rusiyada təxminən 2 milyon doza "Sputnik V" peyvəndi istehsal edilib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.