Dünya

Böyük Britaniyada koronavirusa qarşı peyvəndin vurulmasına başlanılacaq

6 Dekabr 2020 19:49
Baxış: 915
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyada çərşənbə axşamı 50 xəstəxanada koronavirusa qarşı peyvəndin vurulmasına başlanılacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Səhiyyə Nazirliyi bu həftə başlayacaq COVID-19 peyvəndinin istifadəsini ölkə tarixinin ən əhatəli peyvənd tətbiqi olaraq tarixə düşəcəyini qeyd edib.

Peyvənd ilk növbədə səhiyyə işçiləri, 80 yaşdan yuxarı olanlar və qocalar evi işçilərinə tətbiq olunacaq.

Bu həftə istifadəyə veriləcək peyvənd dozaları soyuducu qabların köməyi ilə Belçikadan krallığa gətirilib.

Peyvəndin mənfi 70 dərəcədə saxlanılması lazımdır. Bu səbəbdən peyvənd əvvəlcə xüsusi şərtlər təmin edə biləcək 50 xəstəxanada istifadə ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.