Mayya Sandu Baş naziri hökumətlə birgə istefaya getməyə çağırıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Moldovanın yeni seçilmiş Prezidenti Mayya Sandu telefon danışığı zamanı respublikanın Baş naziri İon Kikuya hökumətlə birgə istefa verməyi təklif edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Mayya Sandu Baş nazirə hökumətin təqdim etdiyi büdcə layihəsinin vətəndaşlara kömək etmədiyini, əksinə, korrupsiyaya bulaşmış deputatların daha çox vəsait mənimsəməsinə şərait yaratdığını deyib.
"Mən Baş nazirə dedim ki, ölkəyə başqa parlament və başqa hökumət lazımdır. Hökumətin istefası bu məqsədə çatmaq üçün ən qısa yoldur", - deyə Moldovanın yeni seçilmiş Prezidenti özünün "Facebook" səhifəsində yazıb.
Mayya Sandu dekabrın 6-da Kişinyov şəhərinin mərkəzi meydanında parlamentin buraxılması tələbi ilə kütləvi etiraz aksiyasının keçiriləcəyini elan edib. Moldovanın hazırkı Prezidenti İqor Dodon isə öz növbəsində İon Kikunun rəhbərlik etdiyi kabinetin öz istəyi ilə istefa verməyəcəyini deyib və Avropa yönümlü partiyalara parlamentdə hökumətə etimad votumu məsələsini qaldırmağı təklif edib.
Moldova Mərkəzi Seçki Komissiyası Mayya Sandunu prezident seçkilərinin noyabrın 15-də keçirilən ikinci turunun qalibi elan edib. Dekabrın 10-da respublikanın Konstitusiya Məhkəməsi seçkinin nəticələrini və yeni prezidentin mandatını təsdiqləməlidir. Mayya Sandunun inauqurasiya mərasimi isə dekabrın 24-də keçirilməlidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək
-
Zeynəb Xanlarovanın səhhəti ilə bağlı açıqlama - Yenilənib
-
Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı
-
Əfv edilən yeganə qadın məhkum - (Foto/Video)
-
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 milyon manat ayrıldı
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Lavrov və Rubio Nyu-Yorkda görüşüb
-
Bakıda tanışının evindən 33 min manat oğurladı - Saxlanıldı
-
Tanınmış aktyor xəstəxanaya yerləşdirildi
-
Britaniyada hərbi təyyarə qəzaya uğradı
-
İmişlidə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)





