Baş katib: “BMT-nin COVID-19-la bağlı cavab tədbirləri görməsi üçün maliyyə çatışmazlığı var”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
BMT-nin COVID-19-la bağlı cavab tədbirləri görməsi üçün maliyyə çatışmazlığı var.
Milli.Az APA-ya istinadən bildirir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan Prezidentinin təşəbbüsü əsasında keçirilən BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasında çıxışı zamanı deyib.
O, dünya ölkələrini COVID-19-la mübarizədə birgə səylərini gücləndirməyə çağırıb: "Biz satınalma və logistik əməliyyatarımızı 73 ölkəyə tibbi ləvazimatlar və tibbi tədarükləri çatdırmaq üçün səfərbər etmişik. Ümumdünya Səhiyyə Təşkilatının göstərişləri əsasında genişmiqyaslı, koordinasiyalı və hərtərəfli cavab tədbirləri virusun ötürülməsinin, ölüm hallarının azaldılmasının qarşısının alınması və hamımız üçün əlçatan olan vaksinlərin hazırlanması, diaqnostika və müalicənin inkişaf etdirilməsi məqsədi daşıyır. Mən dəfələrlə COVID-19 vaksininin hər yerdə, hər kəs üçün əlçatan olan qlobal ictimai məhsul olmasına çağırış etmişəm. Bu sahədə fəaliyyət sürətlənib. Amma növbəti iki ay üçün təcili lazım olan 4.3 milyard ABŞ dolları da daxil olmaqla, 28 milyard dollar həcmində maliyyə çatışmazlığı var. Mən töhfə verənlərə təşəkkür edirəm və hər kəsi güclü dəstək verməyə çağırıram".
Baş katib qeyd edib ki, ölkələr hərəsi öz istiqamətində getdiyi zaman virus da hər istiqamətdə yayılır. O, dünya ölkələrini virusla mübarizədə əməkdaşlığı artırmağa çağırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı





