Dünya

Paşinyan məndən yox, əsgər valideynlərindən qorxmalıdır - Erməni deputat

21 Noyabr 2020 09:57
Baxış: 1 917
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aksiyanın başlanmasından saat yarım əvvəl məni polisə dindirməyə çağırırlar. Paşinyanın məndən yox, biabırçı məğlubiyyətlərindən, əsgər valideynlərindən qorxmağı lazımdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Çiçəklənən Ermənistan" partiyasının lideri Qagik Sarukyan 168.am-a verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, hakimiyyət hər şeydən daha çox onun xalqla görüşə biləcəyindən qorxur:

"Amma məndən qorxmaq lazım deyil. Onlar öz siyasətlərindən qorxmalıdır, Qarabağ müharibəsində biabırçı məğlubiyyətlərindən qorxmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.