"Saudi Aramco" 8 milyard dollar borclanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səudiyyə Ərəbistanının milli neft şirkəti olan "Saudi Aramco" səhmdarlarına dividend ödəmək üçün istiqraz buraxaraq 8 milyard dollar borc alıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dünyanın ən böyük neft şirkəti olan "Aramco" 75 milyard dollarlıq dividendin maliyyələşdirilməsi üçün 8 milyard dollarlıq istiqraz buraxıb. Şirkətin istiqraz emissiyasına ümumilikdə 50 milyard dollarlıq tələb olub.
"Bloomberg"ə şirkət 3, 5, 10, 30 və 50 illik ödəmə müddəti olan 5 fərqli növ üzrə ümumilikdə 8 milyard dollarlıq istiqraz satıb. İlkin mərhələdə 7,5 milyard dollar olan emissiya tələbatın çoxalması ilə artıb.
İstiqraz emissiyasında lider banklar "Citigroup Inc.", "Goldman Sachs Group Inc.", "HSBC Holdings Plc", "JPMorgan Chase & Co.", "Morgan Stanley" və "NCB Capital" olub.
Qeyd edək ki, "Aramco" pandemiyadan sonra xərclərini kəskin şəkildə azaldıb, işçilərinin ixtisarlarını artırıb və bəzi aktivlərini satmağı düşünür. Neft nəhəngi "Saudi Aramco"nun mənfəəti üçüncü rübdə 45 faiz azalıb.
Nağd pulu qorumaq üçün edilən bütün səylərə baxmayaraq, şirkətin borclarının aktivlərə nisbəti 21,8 faizə yüksəlib. Mənbələrə görə, keçən il səhmlərinin ilkin kütləvi yerləşdirilməsindən (IPO) sonra "Aramco" sabit gəlirli qiymətli kağız investorları ilə görüşməyə başlayıb. "Aramco"nun ötənilki istiqraz emissiyasının dəyəri 12 milyard dollara çatmış, tələbat 100 milyard dollardan çox olmuşdu.
Mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti "ExxonMobile"nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini "Saudi Aramco" çıxarır. Şirkətdə təxminən 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 300 əcnəbi çalışır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qızla bağlı faktlar - (Foto)





