Paşinyan acınacaqlı vəziyyətdən bu yol xəritəsiylə çıxmaq istəyir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistan Baş naziri Nikol Paşinyan müharibədən məğlub çıxmış ölkəsinin gələcəyi ilə bağlı 15 maddədən ibarət yol xəritəsi təqdim edib və hökumətin tərkibində dəyişikliklərə təşəbbüs göstərəcəyini açıqlayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Paşinyan bu barədə öz Feysbuk hesabında məlumat verib.
"Qeyd edirəm ki, mən özümü mövcud vəziyyətdə əsas cavabdeh biri kimi hesab edirəm. Bununla yanaşı, ölkədə sabitlik və təhlükəsizliyin yaradılması üçün əsas məsuliyyəti daşıyıram. Bu səbəbdən icrası üçün hökumət tərkibində dəyişikliklər edilməsi barədə təşəbbüs başlatdığım bir yol xəritəsini təqdim edirəm", - Paşinyan yazıb.
Paşinyan tərəfindən təklif olunan tədbirlər arasında ölkənin silahlı qüvvələrində islahatlar, koronavirusdan sonra iqtisadiyyatın bərpası, seçki sisteminin islahatı və korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış hakimlər institutunun tətbiqi yer alıb. Həmçinin proqrama ölən hərbçilərin ailələri və vətəndaşlar üçün sosial təminatların təmin edilməsi və müharibədə iştirak etmiş insanların və ümumiyyətlə, cəmiyyətin psixoloji reabilitasiya sisteminin formalaşdırılması da daxil edilib.
"Bu yol xəritəsini həyata keçirmək üçün hökumətdə dəyişikliklər edirəm",- Paşinyan əlavə edib.
Qeyd edək ki, Ermənistan işğal edilmiş torpaqların azad edilməsi uğrunda Azərbaycanın apardığı vətən müharibəsində ağır məğlubiyyətə düçar olub. Bundan sonra Ermənistanın siyasi fiqurları Paşinyanı istefaya səsləyərək ölkənin acınacaqlı durumda olduğunu dəfələrlə vurğulayıblar. Məğlubiyyət günü xalq küçələrə axışaraq, parlamentin, konkret olaraq baş nazirin otağına girərək apardıqları yarıtmaz siyasətə qarşı etirazlarını bildiriblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)
-
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
-
Rusiyanın itkiləri yeniləndi
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)





