Dünya

Paşinyan erməni əsgərlərdən Putinə şikayətləndi: “İtaət etmirlər”

17 Noyabr 2020 15:48
Baxış: 1 971
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dağlıq Qarabağda razılığa gələn və məğlubiyyəti qəbul edən Ermənistanın Baş naziri Nikol Paşinyan bölgədən çıxmaqdan imtina edən hərbçilərlə bağlı RF Prezidenti Vladimir Putinə şikayət edib.

Bu barədə "Son Dakika" xəbər yayıb.

Məlumata görə, o, RF dövlət başçısına zəng vuraraq, "Məni dinləmirlər, itaət etmirlər" deyərək kömək istəyib.

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin yayımladığı üçtərəfli bəyanata əsasən, işğal altında olan rayonlarda mövqelərini boşaltmaqdan imtina edən erməni silahlı qüvvələrinin bəzi qrupları, əsasən, Kəlbəcər, Laçın və Ağdam bölgəsində meşədə gizlənirlər. Onlar Rusiya sülhməramlılarının işini çətinləşdirir, hətta onlara atəş açır və regionda gərginliyi artırırlar.

Nəşrin məlumatına görə, özlərinə "Smertnik" ("İntiharçı") adını qoyan qruplar erməni rahiblərlə birlikdə Kəlbəcərdə kilsədə gizlənərək, müqavimət göstərirlər. (oxu.az)

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.