Dünya

"Moskva və Ankara Qarabağ məsələsini həll edə bilərlər" - Ermənistan prezidenti

3 Noyabr 2020 20:21
Baxış: 4 020
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiyanın Türkiyə ilə münasibətləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına müsbət təsir edə bilər. Anlayırıq ki, Rusiyanın Türkiyə ilə çox dərin iqtisadi, siyasi və hərbi əlaqələri var.

Bunu Rusiya və Türkiyə arasında normal ikitərəfli münasibətlər kimi qəbul edirik. Burada heç bir təhlükə yoxdur.

Tam əksinə, Rusiya o ölkədir ki, hazırda Dağlıq Qarabağda olan hərbi vəziyyəti tərəflərə təkliflər, diplomatiya və təzyiqlər vasitəsilə radikal dəyişmək, həll etmək imkanlarına malikdir".

Milli.Az bildirir ki, Bunu Ermənistan prezidenti Armen Sarkisyan Rusiyanın RBK agentliyinə müsahibəsində deyib.

Son vaxtlar Rusiyanın A.Sarkisyanı intensiv şəkildə "danışdırması" təsadüfi deyil.

Kreml Paşinyanı adekvat insan, Qarabağ münaqişəsini həll edəcək yekun danışıqlarda tərəf ola biləcək şəxs saymır.

Yeni baş nazir olana qədər Kreml, deyəsən, Sarkisyana stavka etməyə qərar verib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.