Vyetnamda leysan nəticəsində ölənlərin sayı 114-ə çatıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Oktyabrın əvvəlindən Vyetnamda müşahidə olunan şiddətli yağışların törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 114-ə çatıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, daşqın, torpaq sürüşməsi, palçıq axını nəticəsində 22 nəfər isə itkin düşüb. Vyetnamın müvafiq qurumunun açıqlamasında deyilir ki, şiddətli yağışlar əsasən Quanqtri, Thuathienhue və Quanqnam vilayətlərində fəsadlara səbəb olub. Bildirilir ki, 60 minə yaxın evə ziyan dəyib, təbii fəlakət zonalarından 200 mindən çox sakin təxliyə edilib.
Təbii fəlakət iqtisadiyyata, xüsusən kənd təsərrüfatına ciddi ziyan vurub. Belə ki, 7126 hektar əkin sahəsi yararsız hala düşüb, 700 mindən çox mal-qara və toyuq məhv olub və ya fermalardan qaçıb. Əsas magistral yollar, habelə bəzi dəmir yolu xətlərinə ziyan dəyib.
Vyetnamın Sənaye və Ticarət Nazirliyi təcrid olunan bölgələrə gündəlik tələbat mallarının təchizatını diqqətdə saxlayır. Baş Nazir Nquyen Suan Fuk təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün dövlət büdcəsindən ilkin olaraq 500 milyard Vyetnam donqu (təxminən 23 milyon ABŞ dolları) ayrılması barədə sərəncam verib.
Qeyd edək ki, oktyabrın 5-dən Vyetnamda şiddətli yağışlar yağır. Bəzi bölgələrdə yağıntının miqdarı 2 min millimetri ötüb. Təbii fəlakətin vurduğu maddi ziyan bir neçə yüz milyon ABŞ dollarıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq
-
Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
“Xankəndi” klubu baş məşqçisi ilə yollarını ayırdı
-
"Formula 2" üzrə birinci əsas yarışın qalibi mükafatlandırıldı
-
Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər
-
Ovni Muradov nazir təyin edildi
-
İdmançı Əmrah Nağıyev həbs edildi
-
Prezidentin "general-leytenant" rütbəsi verdiyi Allahverən İsmayılov kimdir? - Dosye
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
-
Azərbaycan XİN Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasını qəbuledilməz hesab edir
-
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər
-
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verilib
-
"Formula 2": Birinci əsas yarışın qalibi bəllidir - Yenilənib
-
Ət qiymətləri ilə bağlı nazirdən açıqlama
-
Zərifə Nəcəfova vəfat etdi
-
İşimizi şansa buraxmayaq! Avtomobilinizin şassi nömrəsini (VIN) yoxlamaq təhlükəsizliyiniz üçün niyə vacibdir?
-
Zidan Arda Güler və Bellinqem arasında seçimini etdi





