Dünya

“Al Jazeera” cəbhə xəttindən daha bir reportaj yayımladı - VİDEO

30 Sentyabr 2020 16:22
Baxış: 4 150
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Al Jazeera" telekanalı Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi hərbi təxribatlarla bağlı daha bir reportaj hazırlayıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, reportajda Ermənistanın Azərbaycana təcavüzü, Azərbaycan Ordusunun əks-hücumları barədə məlumat verilir. Reportajda Azərbaycanın Müdafiə və Xarici İşlər nazirliklərinə istinadla məlumatlar diqqətə çatdırılır. Azərbaycan Ordusunun döyüşlərin miqyasını genişləndirdiyi qeyd edilir.

Kanalın cəbhə bölgəsinə ezam olunmuş müxbiri toqquşmaların davam etdiyini, mülki obyektlərin də atəşə məruz qaldığını bildirir.

Reportajda Azərbaycan Prezidenti ilə BMT-nin Baş katibi arasında videokonfrans formatında görüşə də toxunulur, dövlətimizin başçısının münaqişənin yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması ilə həll oluna biləcəyinə dair fikri diqqətə çatdırılır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.