Dünya

Erməniləri tərifləmək istəyirdi, biabır oldu - VİDEO

30 Sentyabr 2020 12:35
Baxış: 10 899
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənipərəst rus aparıcı Vladimir Solovyov Youtube kanalı ilə efirə canlı verilən "Соловьев Live" verilişində gözlənilməz hadisə ilə üzləşib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, proqramda bir neçə gündür Dağlıq Qarabağda gedən hərbi əməliyyatlara toxunan aparıcı işğalçı Ermənistanın tərəfində olduğunu açıq-aşkar büruzə verib. Belə ki, o, ermənilərin hərbi komissarlığın önündə toplaşaraq, guya böyük ruh yüksəkliyi və alqışlarla cəbhəyə yollandıqlarını əks etdirən süjet göstərmək istəyib. Lakin efirə Azərbaycanda hərbi komissarlıqlardan birinin önündə çəkilən görüntülər gedib.

Azərbaycan bayrağını görən Solovyov hiddətlənərək, işçilərə "Sizin başınız işləyir? Bu səhv deyil, səhvdən də ağır bir şeydir. Nə etdiyinizi başa düşürsüz?! Sizə sözüm yoxdur" deyə bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.