Dünya

Ermənistanda koronavirusa gündəlik yoluxma sayı 400-ə yaxınlaşır

25 Sentyabr 2020 13:24
Baxış: 433

Ermənistanda koronavirusa yoluxanların sayı 48 643 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən məlumatına görə, son sutka ərzində 392 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 2 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 947 nəfər koronavirusdan ölüb, 4 002 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.