Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 33 523 nəfər yoluxub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 315 687 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 814 nəfər ölüb, ölənlərin ümumi sayı 121 210 nəfər təşkil edir.
Milli.Az