Braziliyada koronavirusdan ölənlərin sayı 121 min nəfəri ötüb

13 Sentyabr 2020 08:40

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 33 523 nəfər yoluxub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 315 687 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 814 nəfər ölüb, ölənlərin ümumi sayı 121 210 nəfər təşkil edir.

Milli.Az