Dünya

Ukraynada günlük yoluxma sayında yeni rekord

14 Avqust 2020 12:12
Baxış: 1 124
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukraynada son 24 saat ərzində 1 732 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə günlük yoluxma sayında yeni rekord qeydə alınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası məlumat yayıb. Ölkədə ümumi yoluxma sayı 87 872-yə çatıb. Bu günə qədər xəstəlik səbəbindən 2 011 nəfər həyatını itirib.

Qeyd edək ki, son günlər yoluxma sayının artdığı Ukraynada bir gün əvvəl də 1 592 yoluxma faktının aşkarlanması ilə rekord qeydə alınmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.