Dünya

Koronavirusla ən yaxşı mübarizə aparan ÖLKƏLƏR AÇIQLANDI

12 Avqust 2020 02:02
Baxış: 1 727
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla ən yaxşı mübarizə aparan ölkələrin adını açıqlayıb.

Milli.Az xəbər verir ki, dünyanın çətin dövrdən keçdiyini bildirən ÜST-ün baş dierektoru Tedros Adhanom Qebreyesus Yeni Zelandiya, Ruanda, Karib dənizi və Sakit okeandakı bir sıra ada dövlətlərinin virusun yayılmasını erkən mərhələdə dayandırmağı bacardığını deyib. O, adıçəkilən ölkələrin koronavirus infeksiyası ilə mübarizədə nümunəvi olduğunu qeyd edib.

"Yeni Zelandiya koronavirusla necə mübarizə aparmağın qlobal nümunəsidir", - o, çıxışında vurğulayıb.

ÜST rəhbəri bütün dünya liderlərini hərəkətə keçməyə və vətəndaşları yeni məhdudlaşdırıcı tədbirlərə əməl etməyə çağırıb. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.