Dünya

Yaponiyada qızılın pərakəndə satış qiyməti rekord həddə çatıb

5 Avqust 2020 20:45
Baxış: 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 5-də Yaponiyada qızılın satış qiyməti bu qiymətli metalın pərakəndə satış tarixi boyunca ən yüksək həddə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qızılın kotirovkalarını təyin edən Tokionun "Tanaka kikinzoku" şirkəti bu metalın qramını 7 min 608 yenə (təqribən 72 dollar) təklif edir. Bu, avqustun 4-də olan qiymətdən 152 yen bahadır.

Agentliyin bildirdiyinə görə, maliyyə bazarlarında qeyri-sabitlik davam etdiyi və investorların səhmlərin və dövlət istiqrazlarının qiymətinin kəskin enişindən ehtiyat etdiyi bir vaxtda etibarlı aktiv olaraq qızılın qiyməti artmaqda davam edir. Həmçinin indiki şəraitdə bu nəcib metalın qiymətinin artması, koronavirus pandemiyasının yeni dalğasının gözlənilməsi ilə də əlaqələndirilir.

Xatırladaq ki, Yaponiya hökuməti iyunun əvvəllərində Ümumi Daxili Məhsulun (ÜDM) ilin sonunadək 2,2 faiz azalacağını proqnozlaşdırıb. Bununla yanaşı, cari ilin birinci rübündə Yaponiyada ÜDM-nin 2019-cu ilin son rübü ilə müqayisədə 0,9 faiz azaldığı elan edilib.

Əlavə olaraq qeyd edək ki, son sutka ərzində Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 1200 nəfər artaraq 41 min 400 nəfəri ötüb. Yoluxma nəticəsində həyatını itirənlərin sayı isə 1035 nəfərə çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.