Kanadada ermənilər soydaşlarımıza hücum etdilər: xəsarət alanlar var - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
18:48
Avqust ayının 1-dən 2-nə keçən gecə Kanadanın Toronto şəhərində yerli erməni icmasının üzvləri soyuq və odlu silahdan istifadə edərək orada yaşayan iki soydaşımıza qarşı növbəti çirkin təxribat törədiblər.
Milli.Az bildirir ki, bu barədə Azərbaycan Respublikasının Kanadadakı səfirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, bir qrup erməninin hücumuna müqavimət göstərən iki soydaşımız müəyyən dərəcəli xəsarətlər alıblar. Soydaşlarımızın vəziyyəti hazırda sabitdir, bir soydaşımız xəstəxanadadır.
Torontoda yaşayan Azərbaycan icmasının verdiyi məlumata əsasən cinayət yerinə dərhal icma üzvləri və çox sayda polis nəfərləri gəlib. Polis zərər çəkmiş şəxslərdən izahatlar alıb və icma üzvlərimizin məlumatı əsasında təxribatı törədən milliyyətçə erməni şəxslərin yeri müəyyən edilib. Fakt üzrə yerli hüquq-mühafizə orqanları tərəfindən axtarış işləri aparılır və müvafiq tədbirlər həyata keçirilir.
Baş vermiş təxribatla bağlı icma üzvləri dərhal səfirliyi məlumatlandırıblar.
Səfirlik Kanadanın müvafiq orqanları ilə məsələni nəzarətdə saxlayır və araşdırmanın nəticələri ilə bağlı məlumat təqdim edəcək.
---------
13:21
Təcavüzkar ermənilərin Kanadada yaşayan həmvətənlərimizə qarşı təxribatı davam edir.
Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə Rəna Müslümova adlı sosial şəbəkə istifadəçisi məlumat paylaşıb.
Belə ki, Kanadanın Toronto şəhərinin "North York" bölgəsində 7-8 erməni 2 həmvətənimizə hücum edərək onlara soyuq silahlarla xəsarət yetirib, avtomobillərini yararsız hala salıb.
Hadisə şahidlərinin sözlərinə görə, ermənilərin əllərində silah, kəsici alət və dəyənək olub.
Hadisə ilə əlaqədar Toronto polisi əraziyə cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ozan Tufanın ayaqqabısının dodaq uçuqladan qiyməti - (Foto)
-
"Azərbaycanla sülhdən sonra Rusiya ilə münasibətlər dəyişməlidir"
-
"Fevrala kimi 450 min nəfər öləcək" - hava xəbərdarlığı
-
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - Araşdırma
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
XƏBƏR LENTİ
-
Bakıda dişini çəkdirən qadın öldü
-
Payızda yollarda təhlükəsiz hərəkət üçün vacib qaydalar
-
Ozan Tufanın ayaqqabısının dodaq uçuqladan qiyməti - (Foto)
-
DTX-nin sosial şəbəkə hesablarında IV Bakı Təhlükəsizlik Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Qazaxıstanda Xəzərdə hərbçilərin ölümünə səbəb olmaqda şübhəli bilinənlər müəyyən edilib
-
Türkiyə Fransaya qarşı
-
"Azərbaycanla sülhdən sonra Rusiya ilə münasibətlər dəyişməlidir"
-
Xəstəxanaya yerləşdirilən tanınmış aktyordan xəbər var
-
Bakı–Sumqayıt qatarları ilə bağlı yenilik
-
Sabirabadda ağır qəza: 1 nəfər öldü, 3 nəfər yaralandı
-
Ülviyyə Əliyevaya ağır itki
-
22 manata aldığı üzük 1,5 milyon manata satıldı
-
Hava ilə bağlı son məlumat
-
Naomi Kempbell Bakıda keçmiş sevgilisi ilə görüşdü
-
Bakıda Formula 2 sprint yarışının qalibi bilindi - Yenilənib - Foto
-
Şəmkirdə avtomobil piyadanı vurdu - Xəstəxanada öldü
-
Neft yenidən bahalaşdı
-
Bakının bu ərazilərində işıqlar sönəcək - Siyahı
-
"Formula-2": Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - (Foto)
-
"Fevrala kimi 450 min nəfər öləcək" - hava xəbərdarlığı
-
Ayrılıqları qısa çəkdi: Məşhur cütlük yenidən bir araya gəldi - (Foto)
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - Araşdırma





