Məqsud Fəzli Təbriz həbsxanasından müvəqqəti azadlığa buraxılıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İki həftə əvvəl Təbrizdə Azərbaycan Respublikasına dəstək mitinqləri ilə bağlı saxlanılan Məqsud Fəzli Çimənzəmin Təbriz həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılıb.
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, türk fəal iyulun 30-da 100 milyon tümənlik mülki zəmanət qarşılığında azad edilib.
Məqsud Fəzli, habelə iyul ayının 16-da Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu önündə nəzarət altına alınan digər fəallar "milli təhlükəsizliyə qarşı toplaşma və birləşmə" və "ümumi intizamı pozmaq" ittihamı ilə mühakimə ediləcəklər.
İyulun 16-da Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu önündə tutulan fəallardan Həkimə Əhmədinin hələ də nəzarətdə saxlanıldığı bildirilir.
Keçən həftələr ərzində Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmaların ardınca iyulun 16-da milli fəallar Təbriz, Urmiyə, Ərdəbil və Tehran kimi şəhərlərdə Azərbaycan Respublikasına dəstək mitinqləri keçirməyə cəhd ediblər. Həmin gün bəzi fəallar mitinqlərə qatılmağa çalışdıqları zaman, bəziləri isə təhlükəsizlik qurumuna çağırıldıqdan sonra nəzarət altına alınıb.
Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, tutulan fəallar təhlükəsizlik qurumunda saxlanıldıqları zaman işgəncəyə məruz qalıblar. Təbrizdə tutulan fəalların həbsxanada sorğu-sual edildiyi zaman evlərində təhlükəsizlik qüvvələri tərəfindən axtarış aparılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü: İki sərbəst yürüş başa çatıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır





