Dünya

"Tesla" şirkəti tam avtomatlaşdırılmış avtomobil istehsal edəcək

9 İyul 2020 21:26
Baxış: 1 323
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Tesla" şirkəti yaxın zamanlarda tam avtomatlaşdırılmış texnologiyalı avtomobl istehsal edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu şirkətin rəhbəri İlon Mask Ümumdünya Süni İntellekt Konfransının açılışında deyib.

Onun sözlərinə görə, "Tesla" həmin texnologiyanın funksionallığına 2020-ci il ərzində nail ola biləcək. Hazırda şirkət avtopilot funksiyalı genişləndirilmiş avtomat sistemli avtomobillər istehsal edir.

İ.Mask əlavə edib ki, "Tesla" yeni soyutma sistemi üzərində işləyir, bu sistem avtomobillərdə daha təkmil kompüterlərdən istifadəyə icazə verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.