Dünya

3 yaşlı qardaşı qızına pis vərdiş öyrədən əmi saxlanıldı: Həmin kadrlar - VİDEO - FOTO

9 İyul 2020 12:19
1 Şərh     Baxış: 15 940
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin Mardin vilayətinin Qızıltəpə qəsəbəsində bir nəfər 3 yaşlı uşağa siqaret çəkdirdiyi görüntüləri sosial şəbəkədə paylaşıb. 

Milli.Az Sondakika.com-a istinadən xəbər verir ki, Mehmet K. adlı şəxs 3 yaşlı qardaşı qızına siqaret çəkdirdiyi kadrları telefonunun kamerası ilə çəkərək sosial şəbəkə hesabında paylaşınca təqibçilərinin sərt reaksiyası ilə qarşılaşıb. 

Mardin Ailə, Əmək və Əhalinin Müdafiəsi Agentliyi cinayət məsuliyyəti daşıyan bu olayla bağlı polisə müraciət edib. Mehmet K.-nın ünvanı müəyyən edilərək saxlanılıb.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.