Bu ölkədə COVID-19 məhdudiyyətləri sərtləşdirilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir neçə həftə əvvəl COVID-19 məhdudiyyətlərinin yumşaldılmasının ardınca Avstriyanın bir sıra regionlarında (Yuxarı Avstriya və Vyana) yoluxma halları artmağa başlayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iyulun əvvəlindən etibarən ölkədə aktiv yoluxma halları min nəfərdən yuxarı olduğuna görə rəsmi qurumlar bəzi önləyici tədbirlər görməyə başlayıblar. İlkin olaraq Yuxarı Avstriya federal əyaləti iyulun 9-dan bütün ictimai məkanlarda, eləcə də ictimai-iaşə və ticarət obyektlərində tibbi maskalardan icbari istifadə qaydalarını bərpa edib.
Federal əyalətin qubernatoru Tomas Şteltser və Səhiyyə məsələləri üzrə referent Xristine Haberlander mətbuat konfransında bildiriblər ki, pandemiyaya qarşı effektiv mübarizənin təmin edilməsi üçün məhdudiyyətlərin sərtləşdirilməsi tələb olunur. T.Şteltser əhalinin maskadan istifadə qaydalarına riayət etməsinin təminatı üçün hərbi qüvvələrin cəlb ediləcəyini də bəyan edib. Qeyd olunub ki, yoluxmaların artması fonunda bir sıra məhdudiyyətlərin tətbiqi bütün sosial və iqtisadi həyatın dondurulması (sərt karantin) tədbirlərinə getməmək üçün preventiv addım kimi dəyərləndirilməlidir.
Avstriyanın doqquz federal əyaləti arasında yoluxma sayına görə ilk yerə çıxan Yuxarı Avstriyada (2786 yoluxma halı), həmçinin qastronomiya obyektlərində könüllü qeydiyyat sistemi də tətbiq olunacaq. Bu sistem sayəsində yoluxma klasterlərini erkən müəyyənləşdirmək və təcridetmə proseslərini effektiv təşkil etmək mümkün olacaq.
Vyana şəhərinin meri Mixael Ludviq də yaxın günlərdə COVID-19 qaydalarının sərtləşdiriləcəyini istisna etməyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Trampdan İrana sərt xəbərdarlıq: “Çox ağır zərbə endirməli olacağıq”
-
“Miss Avstriya” və “Miss Vyana" 22 yaşında öldü
-
ÇL: “Qalatasaray” Portuqaliyada uduzdu - NƏTİCƏLƏR
-
Avropada bu 10 yerdə suya girməyin: Turistləri 3750 avroya qədər cərimə gözləyir
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
XƏBƏR LENTİ
-
Trampdan İrana sərt xəbərdarlıq: “Çox ağır zərbə endirməli olacağıq”
-
"Sabah"ın Mançesterdən maraqlı paylaşımı - (Video)
-
Sentyabrın 11-də Milli Məclisdə iki komitə iclası keçiriləcək
-
Xocalıda ANAMA əməkdaşı minaya düşdü - (Yenilənib)
-
“Akasya durağı”nın ulduzları illər sonra - (Video)
-
Bakıda və 3 rayonda işıqlar sönəcək
-
"Şəki yaylası"nda iki nəfərin ölümünə görə cinayət işi başlandı
-
“Sabah” bu gün “Mançester Yunayted”lə qarşılaşacaq
-
Azərbaycan nefti 113 dolları keçdi
-
Paytaxtın 6 küçəsində tıxac var
-
“Miss Avstriya” və “Miss Vyana" 22 yaşında öldü
-
Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb
-
ÇL: “Qalatasaray” Portuqaliyada uduzdu - NƏTİCƏLƏR
-
Avropada bu 10 yerdə suya girməyin: Turistləri 3750 avroya qədər cərimə gözləyir
-
Dənizdə boğulan övladının axtarışlarının davam etdirilməsini istəyirlər - (Video)
-
“Simge” tanınmaz halda - (Foto)
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe





