Dünya

Trampdan İrana sərt xəbərdarlıq: “Çox ağır zərbə endirməli olacağıq”

10 Sentyabr 2026 09:54
Baxış: 251
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ Prezidenti Donald Tramp İranın Natanz şəhəri yaxınlığında yerləşən və yeni nüvə obyekti olduğu ehtimal edilən ərazidə fəaliyyətin davam etməsi halında Vaşinqtonun hərbi müdaxilə edə biləcəyini bildirib.

Milli.Az xəbər verir ki, Tramp bu barədə Respublikaçılar Partiyasının Dallasda keçirilən milli qurultayında çıxışı zamanı danışıb.

ABŞ lideri Kirka dağında müəyyən hərəkətlilik müşahidə etdiklərini deyib və Tehrana xəbərdarlıq edib.

"İrana hiyləgərlik etməməyi tövsiyə edərdim. Əks halda çox ağır zərbə endirməyə məcbur olacağıq. Başqa seçimimiz yoxdur", - deyə Tramp bildirib.

Tramp ABŞ-nin birbaşa Kirka dağına zərbə endirməsi ehtimalını da istisna etməyib. O, həmin ərazidə müəyyən fəaliyyətin müşahidə edildiyini və bunun davam edəcəyi təqdirdə obyektə hücum edilməsinin gündəmə gələ biləcəyini vurğulayıb.

"Deyilənə görə, orada müəyyən kiçik fəaliyyət var. Ola bilsin ki, biz də həmin əraziyə zərbə endirməli olaq", - ABŞ Prezidenti əlavə edib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.