Onlayn satışla bağlı yeni qayda: Dövlət Vergi Xidməti açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti onlayn sifariş əsasında məhsulların məsafədən pərakəndə satışının rəsmiləşdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Milli.Az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci bəndinə əsasən, bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar, o cümlədən ödəniş kartları, ödəniş tapşırıqları və digər ödəniş alətləri vasitəsilə aparılan ödənişlər nağdsız hesablaşma hesab olunur.
Dövlət Vergi Xidmətindən bildirilib ki, məhsulun onlayn sifariş əsasında məsafədən müştəriyə pərakəndə qaydada satılması zamanı satış əməliyyatı nəzarət-kassa aparatında rəsmiləşdirilə bilər. Bu halda məhsulun dəyərinin müştəri tərəfindən ödəniş kartı vasitəsilə fərdi sahibkarın vergi ödəyicisi kimi açdığı bank hesabına bağlı karta köçürülməsi qanunvericiliklə məhdudlaşdırılmır.
Məsələn, sahibkar sosial şəbəkədə məhsulunu görən müştərinin sifarişi əsasında həmin məhsulu başqa rayona gedən avtobusun sürücüsü vasitəsilə göndərə və ödənişi öz bank hesabına bağlı karta qəbul edə bilər. Ödəniş daxil olduqdan sonra satış əməliyyatı nəzarət-kassa aparatında rəsmiləşdirilərək çek məhsulla birlikdə müştəriyə göndərilə bilər.
Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən isə nağd pul hesablaşmaları aparılarkən alıcıya çek, qəbz, ödəniş xidməti təchizatçılarının çıxarışları və digər ciddi hesabat blanklarının təqdim edilməsi vergi ödəyicisinin vəzifələrinə daxildir.
Beləliklə, Dövlət Vergi Xidmətinin açıqlamasına görə, onlayn sifariş əsasında məhsulun məsafədən satılması və ödənişin sahibkarın bank hesabına bağlı karta köçürülməsi qanunvericiliklə məhdudlaşdırılmır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Doğum gününüz haqqınızda nə deyir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - (Foto)
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
-
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
-
“Qalatasaray”da daha bir istefa
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək





