Dünya

Belçikalı velosipedçi yarış zamanı həyatını itirdi

6 İyul 2020 13:34
Baxış: 1 026
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Belçikada koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş karantin rejimindən sona ilk veloyürüş keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yarış zamanı 20 yaşlı idmançı Nils de Vriendt vəfat edib.

Hadisə Vortegem-Petegem şəhərində baş verib. İdmançı finişə 13 kilometr qalmış huşunu itirib və həkimlərin səylərinə baxmayaraq ölüb. Bununla əlaqədar olaraq yarış yarımçıq dayandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.