Dünya

Koronavirusla bağlı daha bir sirrin üstü açıldı - Əslində ölüm səbəbi...

3 İyul 2020 13:48
Baxış: 19 415
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən ilin noyabr ayından etibarən sürətlə dünyaya yayılan, 11 milyona yaxın insana yoluxan, yarım milyondan çox insanın ölümünə səbəb olan yeni növ koronavirusla bağlı "puzzle"ın daha bir hissəsi tapılıb. Belə ki, haqqında geniş və dəqiq məlumat olmayan virusla bağlı daha bir "sirr"in üstü açılıb.

Koronavirus əsasən tənəffüs yolları xəstəliyi kimi bilinsə də, bu virusa yoluxan şəxslərin bir çoxu qan laxtalanması səbəbindən dünyasını dəyişir. Statistikaya görə yeni növ koronavirusdan ölüm hallarının 30 faizi qanın laxtalanması nəticəsində baş verir.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, ABŞ-da bununla bağlı araşdırma aparılıb və koronavirusun yaratdığı qan laxtalanmasının səbəbi müəyyənləşdirilib.

Məlum olub ki, koronavirus ağciyərdən başqa orqanların da sıradan çıxmasına gətirib çıxarır. Xüsusən də, qan laxtalanması ürək tutmaya və infarkta səbəb olur və nəticədə xəstə koronavirus səbəbli dünyasını dəyişir.

NTV-nin məlumatına görə, ABŞ-ın Yuta univeristetində Covid-19 testi pozitiv çıxan 82 nəfərin qanı analiz edilib və koronavirusun trombostitlərdəki hiperaktivliyi artırdığı aşkarlanıb.

Yuta universitetinin professoru Robert Campbell və həmkarları mexaniki ventilyator qurğusuna bağlı olan 41 nəfərin qan analizləri ilə sağlam 41 nəfərin qan analizləri müqayisə ediblər. Araşdırma nəticəsində məlum olub ki, SARS-COV-2 virusu trombositlərdə genetik dəyişikliyə səbəb olur.

Qeyd edək ki, Trombositlər - qanda mikro litrdə 200-300.000 nisbətində olur. Trombositlərin təxminən 30%-i dalaqda toplanır. Trombositlərin əsas funksiyası qanın laxtalanması ilə bağlıdır.

Bəxtiyar Umarlı
Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.