Dünya

Koronavirusa yoluxan hamilə qadın doğuşdan bir neçə dəqiqə sonra öldü - FOTO

3 İyul 2020 11:45
Baxış: 3 968

Əkiz uşaq dünyaya gətirən 24 yaşlı qadın doğuşdan bir neçə dəqiqə sonra ölüb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, onun ölümünə koronavirus infeksiyasının səbəb olduğu deyilir.  Belə ki, iyun ayının 12-də qadından götürülən koronavirus test analizinin nəticəsi müsbət çıxıb. Qadın iyun ayının 27-də dünyasını dəyişib.

Dəhşətli hadisə koronavirusun tüğyan elədiyi Braziliyada baş verib. Braziliyanın Sao Paulo əyalətinin Botucatu şəhərindəki özəl xəstəxanaların birinə yatırılan 24 yaşlı Larissa Blanconun doğuşdan sonra həyatını xilas etmək mümkün olmayıb.

24 yaşlı Larissa Braziliyada koronavirusdan ölən 61 min insandan biridir. Onun övladlarının vəziyyəti barədə məlumat qeyd olunmayıb.

Qeyd edək ki, Braziliyada bu vaxta qədər karantin rejimi tətbiq olunmayıb. Bu ölkədə milyon yarım insan koronavirusa yoluxub, 62 minə yaxın insan bu virus səbəbindən dünyasını dəyişib.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.