Dünya

Litvanın mərkəzi hökumət sektorunun kəsiri 1,17 milyard avro olub

3 İyul 2020 12:06
Baxış: 516

Cari ilin yanvar-may aylarında Litvanın mərkəzi hökumət sektorunun kəsiri 1,17 milyard avro təşkil edib, bu sektorunun 5 aylıq balansı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 milyard avro az olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Litvanın Maliyyə Nazirliyi yayıb.

Bildirilib ki, yanvar-may aylarında mərkəzi hökumət sektorunun gəlirləri 5,3 milyard avro, xərcləri isə 6,3 milyard avro olub. Qeyri-maddi aktivlər üzrə əməliyyatlardakı dəyişiklik müsbət olmaqla 122,8 milyon avro təşkil edib.

Beş ayda Litvada xərclərin əsas hissəsi sosial ödənişlər (58,2 faiz), dotasiyalar (12,8 faiz), əməkhaqqı və sosial sığortadan (11,4 faiz) ibarət olub.

May ayında mərkəzi hökumət sektorunun gəlirləri 1,07 milyard avro, xərcləri isə 1,4 milyard avro, qeyri-maddi aktivlər üzrə əməliyyatlar 50,7 milyon avro, büdcə kəsiri isə 468,8 milyon avro təşkil edib.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.