Bu ölkədə zəif göstəriciləri olan şagirdlər üçün pandemiya ilə əlaqədar "yay məktəbləri" təşkil ediləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avstriyada tədris prosesində zəif göstəriciləri olan şagirdlər üçün koronavirus pandemiyası ilə əlaqədar xüsusi "yay məktəbləri" təşkil ediləcək.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Federal Təhsil naziri Haynts Fassmann ilk dəfə həyata keçiriləcək tədris proqramını təqdim edib. Bildirilib ki, yay tətilinin son iki həftəsində baş tutacaq xüsusi kurslarda ölkə üzrə 40-42 min şagirdin iştirak edəcəyi gözlənilir. İyun ayının ortalarına kimi orta məktəblərin 1-8-ci sinif şagirdləri bu ödənişsiz kurslar üçün qeydiyyatdan keçə bilərlər.
Valideynlərə müraciət edən nazir bu kursların könüllülük prinsipi əsasında baş tutacağını və növbəti dərs ili başlamazdan öncə şagirdlərin biliklərini möhkəmləndirməyə xidmət edəcəyini söyləyib. Onun sözlərinə görə, "yay məktəbləri", ilk növbədə, miqrant ailələrin övladları üçün əlavə dəstək rolunu oynayacaq.
"Yay məktəbləri"ndə orta məktəb müəllimləri ilə yanaşı, pedaqoji ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri də dərs deyəcəklər. Şagirdlərin bu kurslarda iştirakı növbəti tədris ilində onların dərsə davamiyyətində müsbət göstərici kimi qiymətləndiriləcək.
Nazir, həmçinin bildirib ki, pandemiya dövründə tədrisdə yaranmış boşluqları doldurmaq üçün payızda əlavə məşğələ və kursların təşkili də nəzərdən keçirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
"Ermənistan və Rusiya bundan sonra əvvəlki kimi olmayacaq"
-
"Araz-Naxçıvan" Cavid Hüseynovu istefaya göndərdi
-
Bu qoç 1 milyon dollara satıldı
-
Britaniyada hava nəqliyyatında yeni problem - Reyslər ləğv edilir
XƏBƏR LENTİ
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb
-
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı
-
“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı - 35-dən 285-ə qədər...
-
Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirilib - (Foto)
-
"Amerikada bir ay konsert verdik, 100 dollar pul verdilər" - Alim Qasımovla müsahibə
-
Federiko Valverde zədələndi
-
“Ana olmaq istəyirəm” - Dakota Conson
-
Nərimanovda binadakı yanğın söndürülüb - Yenilənib - (Video)





