Dünya

Pakistandakı təyyarədə 99 nəfərdən 2-si sağ qalıb... - FOTO

23 May 2020 12:53
0 Şərh     Baxış: 1 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Pakistanda baş verən təyyarə qəzasında 97 nəfər həlak olub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Pakistanın Sind əyalətinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təyyarənin göyərtəsində ümumilikdə 99 nəfər olub, onlardan, sadəcə, 2 nəfər sağ qalıb.

Qeyd edək ki, Lahor-Kəraçi reysini həyata keçirən "Airbus A320" təyyarəsi texniki nasazlıq səbəbindən qəzaya düşüb. Hava gəmisinin göyərtəsində 91 sərnişin və 8 ekipaj üzvü olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.