Dünya

“Real”ın sabiq vitse-prezidenti koronovirusdan ölüb

5 May 2020 23:23
0 Şərh     Baxış: 1 436
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın "Real" klubunun sabiq vitse-prezidenti Amador Suares koronovirusdan ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Madrid təmsilçisinin rəsmi saytı açıqlayıb.

40 gün bu xəstəliklə mübarizə aparan Suares 76 yaşında dünyasını dəyişib. 2006-cı ildə klubun direktoru təyin olunan funksioner bir il sonra vitse-prezident olub. Suares bu postda 2 il qalıb.

Qeyd edək ki, iki ay əvvəl klubun sabiq prezidenti Lorenso Sans da koronovirusdan ölüb. 1995-2000-ci illərdə kluba rəhbərlik edən bu şəxs də 76 yaşında vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.