Dünya

Son 12 saat ərzində Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 15 nəfər artıb

3 Aprel 2020 09:07
0 Şərh     Baxış: 1 465
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Son 12 saat ərzində Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 15 nəfər artaraq 205-ə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, indiyədək koronavirusdan 25 xəstə tam sağalıb və reabilitasiya mərkəzinə göndərilib, 10 xəstənin vəziyyəti yaxşılaşır, 2 adam ölüb.

Xatırladırıq ki, Özbəkistanda aprelin 1-dən COVID-19 koronavirus təhlükəsi ilə bağlı Daşkənd şəhəri, Qaraqalpaqstan Respublikası və vilayətlərdə yaşı 65-dən yuxarı olan insanlar özünütəcrid rejiminə keçib. Onlar yalnız yaşadıqları məhəllədən zəruri ərzaq və dərman vasitələri almaq üçün küçəyə çıxa bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.