Dünya

ABŞ-da terror aktı hazırlayan şəxs öldürülüb

26 Mart 2020 08:38
0 Şərh     Baxış: 786
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da koronavirus pandemiyası ilə əlaqədar hökumət tərəfindən tətbiq olunan təcridetmə tədbirləri ilə razılaşmayaraq terror hücumu həyata keçirməyi düşünən şəxs öldürülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Fox-4" telekanalı məlumat yayıb.

Məlumata görə, Federal Təhqiqat Bürosunun (FTB) agenti həmin 36 yaşlı Belton şəhər sakini olan kişini saxlaya bilmədiyi üçün onu ölümcül yaralayıb. Bildirilir ki, "ictimai məsafə saxlamaqla bağlı rəsmilərin tələbindən narazı olan" həmin şəxs yerli xəstəxanaların birində partlayış törətmək istəyirmiş. Bunun üçün o, kustar üsulla partlayıcı qurğu hazırlayırmış.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.