Tramp: Bu, müdrik və böyük addımdır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Prezidenti Donald Tramp "Tokio 2020" Olimpiya və Paralimpiya Oyunlarının təxirə salınması barədə qərarı müdrik və böyük addım adlandırıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Tramp bu barədə Oyunların təxirə salınması haqqında Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qəbul etdiyi qərardan bir gün sonra Yaponiyanın Baş naziri ilə telefon danışığı zamanı bildirib. Qeyd edilir ki, telefon danışığı zamanı liderlər insanlığın virus üzərində qələbəsini göstərmək üçün Oyunları tam tərkibdə keçirmək məqsədilə sıx əməkdaşlıq barədə razılığa gəliblər.
Telefon danışığını şərh edən Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yoşihide Suqa deyib: "Prezident Donald Tramp Oyunların təxirə salınmasını müdrik və böyük addım adlandırıb və Baş nazirin mövqeyini dəstəklədiyini təsdiq edib".
Əlavə olaraq bildirilir ki, ABŞ Prezidenti Baş nazir ilə BOK prezidenti arasında Oyunların təxirə salınması barədə razılıq əldə edildikdən sonra Şinzo Abenin danışdığı ilk əcnəbi lider olub. Razılaşmaya əsasən, Olimpiya Oyunları 2021-ci ilin yayından gec olmayaraq keçiriləcək.
Liderlər arasında telefon danışığı zamanı, həmçinin yeni koronavirusa qarşı birgə mübarizə tədbirləri, onun törətdiyi xəstəliyin müalicəsi məqsədilə dərmanın hazırlanması istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılıq da əldə olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
-
Surxay Hüseynli vəfat etdi
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - (Foto/Video)
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq
-
Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
“Xankəndi” klubu baş məşqçisi ilə yollarını ayırdı
-
"Formula 2" üzrə birinci əsas yarışın qalibi mükafatlandırıldı





