Dünya

Xameneyinin müşaviri karantinə alındı

12 Mart 2020 23:34
0 Şərh     Baxış: 1 340
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İranın Ali dini lideri Əli Xameneyinin Beynəlxalq Əlaqələr müşaviri və Milli Təhlükəsizlik Şurası Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əli Əkbər Vəlayəti koronavirus simptomları ilə karantinə yerləşdirlib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə İRİB teleradio şirkəti məlumat yayıb. Vəlayətinin hazırda özünü yaxşı hiss etdiyi bildirilib.

Qeyd edək ki, İranda 10 mindən çox insan Covid-19-a yoluxub, 429 nəfər isə dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.