Dünya

İtaliyada koronavirusun çox sürətlə yayılmasının səbəbləri müəyyənləşdirilib

13 Mart 2020 07:21
1 Şərh     Baxış: 3 594
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyada koronavirusun yayılması digər Avropa ölkələri ilə müqayisədə daha kəskin səviyyədədir və mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində bunun səbəbləri müəyyənləşdirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İtaliyada koronavirus səbəbindən insan tələfatının digər Avropa ölkələrindən daha artıq olması bu ölkədə orta yaş həddinin digərlərindən daha yüksək olmasıdır. Belə ki, ümumilikdə Avropada orta yaş həddi 43,1 olduğu halda bu göstərici İtaliyada 46,3-dür. İkinci səbəb xəstəxanaların lazımi resurslara sahib olmaması göstərilir.

Digər səbəb isə İtaliya mediası tərəfindən "ilk pasiyent" ləqəbi verilmiş 38 yaşlı italiyalı kişidir. Belə ki, o fevral ayının ortasından etibarən bir neçə dəfə yerli həkimlərə və xəstəxanalara müraciət etsə də müraciət etdiyi xəstəxanalarda onda koronavirusla əlaqədar müayinə aparılmayıb. Sadəcə onun Çində olub olmamasını soruşublar. O isə Çində olmadığını bildirdikdə həkimlər onun adı çəkilən virusla əlaqədar müayinə və testlərə cəlb olunmasına ehtiyac olmadığnı bildiriblər. Həkim səhlənkarlığı ucbatından faktiki olaraq virusa yoluxmuş şəxs bir çox insanla ünsiyyətdə olaraq bu virusun şiddətli yayılmasına səbəb olub.

Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə İtaliyada virus ən yüksək templə yayılır və son 24 saatda virusa yoluxma ilə əlaqədar 980 yeni fakt qeydə alınıb. DST-nin məlumatına əsasən İtaliyada virusa yoluxmuş insanların həyatını itirməsinin nisbi sayı hətta Çindən də çoxdur. Əgər Çində infeksiyaya yoluxmuş şəxslərin dörd faizə qədəri dünyasını dəyişirsə bu göstərici İtaliyada altı faizdən yuxarıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.