Dünya

ABŞ-ın paytaxtında fövqəladə vəziyyət elan edildi

12 Mart 2020 07:35
0 Şərh     Baxış: 1 726
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vaşinqton şəhərində yeni növ koronavirusun yayılması ilə bağlı fövqəladə vəziyyət elan edilib

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Vaşinqton şəhərinin meri Myuriel Bouzer bəyan edib. Onun sözlərinə görə, hazırda şəhərdə koronavirusa (COVID-2019) 10 yoluxma halı qeydə alınıb.

Fövqəladə vəziyyət merə məcburi karantin tətbiq etmək və böhran dövründə qiymətləri qaldırmağa çalışan satıcıları mühakimə etmək imkanı verir.

Paytaxtın Kolumbiya dairəsində sakinlərə min nəfər və ya daha çox iştirakçısı olan bütün kütləvi tədbirlərin ləğv edilməsi barədə tövsiyə yayımlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.