Dünya

Yaxın Şərq regionunda koronavirus sürətlə yayılır

11 Mart 2020 21:25
0 Şərh     Baxış: 1 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın Şərq ölkələrində COVID-19 virusuna yoluxanların sayı getdikcə artır. Artıq bir neçə ərəb ölkəsində xəstəliyin qarşısını almaq məqsədilə əlavə tədbirlər görülür.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son məlumatlara görə, koronavirusa yoluxanların sayı Bəhreyndə 189, Küveytdə 72, Səudiyyə Ərəbistanında 21, Livanda 59, Birləşmiş Ərəb Əmirliklərində 27, Qətərdə 24, Omanda 18 nəfərə çatıb. Bəhreyndə xəstəliyə tutulanların 77 nəfəri son günlərdə İrandan gətirilən ölkə vətəndaşlarıdır. Məlumat verilib ki, İraqın müqəddəs Kərbəla şəhərindəki məsciddə cümə namazı keçirilməyəcək.

Şimali Afrika regionunda da koronavirusa yoluxma halları artır: Misirdə 55, Tunisdə 6, Əlcəzairdə 17 xəstə qeydə alınıb.

Virusun yayılması ilə əlaqədar Yaxın Şərq və Şimali Afrika ölkələrində məscidlərdə cümə namazları, konfrans və sərgilər təxirə salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.