Dünya

Avstriya İtaliya ilə dəmir yol əlaqəsini dayandırır

11 Mart 2020 18:17
0 Şərh     Baxış: 745
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstriya hökuməti İtaliya ilə dəmir yol əlaqəsini mərhələli şəkildə dayandırdığını açıqlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, koronavirus təhlükəsi ilə əlaqədar Avstriyadan İtaliyaya və əks istiqamətdə sərnişin qatarları dayandırılır.

Sərnişinlə biletləri kassalarda və ya telefon vasitəsilə ləğv edə bilərlər.

Eyni zamanda iki ölkə arasında yük qatarlarının hərəkəti davam etdiriləcək.

Qeyd edək ki, ötən gün Avstriya hökuməti İtaliya ilə avtobus reyslərinin dayandırıldığını elan etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.