Dünya

Fransanın mədəniyyət nazirində koronavirus aşkar olunub

10 Mart 2020 07:15
0 Şərh     Baxış: 1 021
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fransanın mədəniyyət naziri Frank Riester koronavirusa yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "France-Presse" agentliyi nazirliyin nümayəndəsinə istinadən bildirib.

Bildirilib ki, nazirin test nəticələri müsbət olub. Nazirlik nümayəndəsi deyib ki, test infeksiya əlamətlərinin təzahüründən sonra edilib.

Onun sözlərinə görə, hazırda F.Riester Parisdə öz mənzilindədir və özünü yaxşı hiss edir.

Qeyd edək ki, son məlumatlara görə, Fransada koronavirusa yoluxanların sayı 1412 nəfərə çatıb, 25 nəfər ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.