Dünya

Çində koronavirusa yoluxmuş 100 yaşlı kişi sağalıb

9 Mart 2020 09:21
1 Şərh     Baxış: 1 441
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin Hubey əyalətində koronavirusa yoluxmuş 100 yaşlı kişi sağalaraq xəstəxanadan buraxılıb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Sinxua" xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, COVID-19-a yoluxan bu şəxs sağalan ən yaşlı xəstədir. 

Qeyd edək ki, 100 yaşlı kişidə koronavirus infeksiyası əlamətləri fevralın 24-də qeydə alınıb.

Müalicə zamanı xəstəyə yalnız standart antiviral terapiyada deyil, həm də ənənəvi Çin təbabəti tətbiq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.