Dünya

Koronavirusa yoluxmamaq üçün spirt içdilər, öldülər - İranda

9 Mart 2020 15:43
2 Şərh     Baxış: 2 500
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda 7 nəfər qəbul etdikləri metil spirtindən zəhərlənərək ölüb.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, hadisə Alborz vilayətində baş verib.

Faktı təsdiq edən yerli hakimiyyət orqanı həmin şəxslərin metil spirtini dərman vasitəsi kimi qəbul etdiklərini qeyd edib. Belə ki, yerli prokurorluğun nümayəndəsi Məhəmməd Ağayarinin sözlərinə görə, həmin şəxslər sosial şəbəkələrdə yayılan yanlış informasiyaya uyaraq koronavirusa yoluxmamaq üçün metil spirti içiblər.

Son məlumata görə, İranda koronavirusa yoluxanların sayı 6566 nəfər olub. Bu virusdan 2134 nəfər sağalıb, 194 şəxs ölüb.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 80-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 100 mini, ölənlərin sayı isə 3 mini keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.