Dünya

Avstriyada koronavirus infeksiyasına yoluxanların sayı 80-i ötüb

8 Mart 2020 11:49
0 Şərh     Baxış: 858
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstriyada koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 81-ə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, artıq ölkənin doqquz federal əyalətinin hamısında virusa yoluxma halları təsdiqini tapıb. Yoluxma hallarının əksəriyyətinin Şimali İtaliya ilə əlaqəli olduğu bildirilsə də, bəzi xəstələrdə yoluxmanın tarixçəsini müəyyən etmək mümkün olmayıb.

Koronavirus infeksiyasının qarşısını almaq üçün Avstriya hökuməti İran və Cənubi Koreyaya, eləcə də İtaliyanın Bolonya və Milan şəhərlərinə bütün birbaşa aviareyslərin təxirə salınmasına dair qərar qəbil edib. Eyni zamanda, ölkənin quru sərhədlərində yoxlamalar gücləndirilib.

Həmçinin Avstriya Federal Dəmir Yolları (ÖBB) İtaliyanın Bolonya, Milan və Venesiya şəhərlərinə qatar reyslərini ləğv edib, 23 fevral - 12 mart aralığında alınmış bütün biletlərin əlavə rüsumsuz geri qaytarılmasına başlanılıb.

Avstriyanın Səhiyyə naziri qonşu İtaliyadakı vəziyyətin nəzarətdə saxlandığını, lakin bu vəziyyətin Avstriyada ictimai həyata ciddi təsir edəcək qərarlar verilməsinə (təhsil müəssisələri, iş yerlərinin bağlanması, kütləvi tədbirlərin qadağan edilməsi) əsas yaratmadığını diqqətə çatdırıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.