Dünya

ÜST Azərbaycan xalqına və hökumətinə təşəkkür edib

7 Mart 2020 11:54
Baxış: 1 980
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adhanom Ghebreyesus Azərbaycan xalqına və hökumətinə təşəkkür edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, T.A.Ghebreyesus rəsmi "Twitter" səhifəsində bununla bağlı paylaşım edib.

"Azərbaycan xalqına və hökumətinə COVID-19-a (koronavirus) qarşı qlobal reaksiyanın tərkib hissəsi olaraq maliyyə dəstəyinə görə çox təşəkkür edirəm. ÜST sizin həmrəyliyinizi yüksək qiymətləndirir. Daha təhlükəsiz dünya üçün birlikdə!", - deyə paylaşımda qeyd edilib.

Əlavə edək ki, Azərbaycan hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin "Strateji Hazırlıq və Cavab Planı" çərçivəsində "COVID-19 müraciəti" adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.